00:00:00
Yazar
Admin User
23.01.2026 17:28 110 2 dəq oxuma
Siyasət

Azərbaycan Prezidentinin nüfuzu Davosda bir daha təsdiqlənib

Azərbaycan Prezidentinin nüfuzu Davosda bir daha təsdiqlənib

Dünyanın aparıcı dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və iri biznes təmsilçilərini bir araya gətirən forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq mövqeyinin gücləndiyini nümayiş etdirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Davosda Azərbaycan Prezidentinin görüşləri onun dünyada nüfuzunun yüksəlməsini və mövqeyinin güclənməsini bir daha sübut edir:

 

“Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər göstərir ki, Azərbaycan liderinin dünyada nüfuzu nə qədər artıb və onun fikirləri ilə necə hesablaşırlar. Ermənistan Prezidentinin və Serbiya Prezidentinin iştirak etdiyi paneldə Azərbaycan Prezidentinin fikirlərinə verilən qiymət, Serbiya Prezidentinin onu dünyanın nadir liderlərindən biri adlandırması, eyni zamanda, Ermənistan Prezidentinin paneldə çıxış edərkən Azərbaycan Prezidentinin fikirlərini təsdiq etməsi və ona böyük ehtiram göstərməsi bir daha Azərbaycanın nüfuzunun nə qədər artdığını göstərir”.

 

Siyasi şərhçinin sözlərinə görə, Trampın İlham Əliyevi “Sülh Şurası”na dəvət etməsi Azərbaycanın sülhü sözlə deyil, əməli şəkildə təmin edən və bu sahədə liderlik edən dövlət olduğunu nümayiş etdirir:

 

“Balkan ölkələri Azərbaycana böyük maraq göstərir, çünki Azərbaycan dünyada yeganə ölkədir ki, separatizmin kökünü kəsib, öz ərazi bütövlüyünü və suverenliyini təmin edə bilib. Dünyanın əksər bölgələrində belə hadisələr mövcuddur və onların öhdəsindən on illərdir gələ bilmirlər. Azərbaycanın nail olduğu uğurlar, iqtisadi və digər sahələrdə əldə etdiyi nəticələr təbii ki, dövlətimizə marağı artırır və bütün sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər”.

 

Zəri Bayramlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər