00:00:00
Yazar
Admin User
11.09.2025 07:02 132 1 dəq oxuma
Hadisə

Azərbaycan sərhədini keçən 2 İran vətəndaşı saxlanılıb

Azərbaycan sərhədini keçən 2 İran vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Sərhəd Xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb

 

Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər