00:00:00
Yazar
Admin User
28.01.2026 17:14 54 2 dəq oxuma
Siyasət

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsini Energetika Nazirliyi təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri dünya miqyasında məlumdur və Azərbaycan dövləti bütün ölkələrlə münasibətlərini sabit və davamlı şəkildə saxlayır:

 

“Təbii ki, Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi kiməsə mesaj vermək məqsədi daşımır. Bu addım sadəcə Azərbaycanın səmimiliyini, humanist və yardımsevər dövlət olduğunu nümayiş etdirir. Bunu təkcə Ukrayna ilə münasibətlər kontekstində qiymətləndirmək olmaz. Digər ölkələrdə baş verən hadisələr zamanı da istər qardaş ölkə Türkiyədə meşə yanğınları, istərsə də digər fövqəladə hallarda  Azərbaycan daim humanitar yardım göstərib və göstərməkdə davam edir. Bu, birmənalı şəkildə davam edən bir siyasətdir. Bu, Avropa da daxil olmaqla bütün dünyaya Azərbaycanın nə qədər humanist və sülhsevər dövlət olduğunun bariz nümunəsidir. Təbii ki, beynəlxalq müstəvidə Azərbaycanın bu addımları müsbət qarşılanır və bu, heç bir halda kiməsə meydan oxuma kimi dəyərləndirilmir. Çünki Azərbaycan humanitar yardım göstərir. Digər tərəfdən, Ukraynada Azərbaycan vətəndaşları yaşayır və iki ölkə arasında dostluq münasibətləri mövcuddur. Ukrayna hazırda Azərbaycanın bir zamanlar yaşadığı taleyi yaşayır. Azərbaycan da vaxtilə Ermənistanın işğalçı siyasətinə məruz qalmışdı. Cənab Prezidentin qətiyyətli siyasəti və ordumuzun gücü, Ali Baş Komandanın rəhbərliyi nəticəsində Qarabağ işğaldan azad edildi. Təbii ki, bu günlərdə Qərbi Azərbaycan və Cənubi Azərbaycan məsələləri də gündəmdədir, lakin bu proses diplomatik müstəvidə aparılacaqdır. Ukrayna Rusiyanın işğalına məruz qalıb və hazırda Avropa ölkələri Ukraynanın yanındadır. Bununla yanaşı, Azərbaycanın çətin günlərində, hətta müharibə dövrlərində belə bizə dəstək göstərən ölkələrə qarşılıqlı münasibət nümayiş etdirmək tamamilə təbiidir. Ukraynanın ən ağır günlərində humanitar yardım göstərilməsi Avropa tərəfindən müsbət qarşılanacaq və bu, Avropada Azərbaycana olan hörmət və ehtiramı daha da artıracaqdır. Bu gün Azərbaycan nisbətən kiçik dövlət olmasına baxmayaraq, dünyanın aparıcı güc mərkəzlərində, o cümlədən ABŞ-də diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktub da bunu təsdiqləyir. Prezident Trampın Azərbaycana olan müsbət münasibəti, eləcə də Avropa ölkələri nümayəndələrinin cənab Prezidentə yanaşması Azərbaycanın güclü xarici siyasətinin və uğurlu diplomatiyasının göstəricisidir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər