00:00:00
Yazar
Admin User
27.01.2015 10:42 584 1 dəq oxuma
Hadisə

Azərbaycan Universitetinə yeni rektor təyin olundu

35 yaşlı rektor Oksford Universitetini bitirib
Azərbaycan Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Universitetində rektor dəyişikliyi olub. Rektor Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və həmin universitetdə kafedra müdiri təyin olunub. Onun yerinə Fərid Əhmədov yeni rektor təyin olunub. 

35 yaşlı yeni rektor Oksford Universitetini bitirib. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, “ADA” Universitetində müəllim kimi fəaliyyət göstərib.

Azərbaycan Universiteti Azərbaycan Respublikasında təsis olunan ilk özəl universitetdir. Universitet 1991-ci ildən fəaliyyətdədir. Universitet Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli  qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı  dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər