00:00:00
Yazar
Admin User
28.01.2026 18:30 81 2 dəq oxuma
Siyasət

Azərbaycan və İordaniya münasibətlərin inkişafını müzakirə edib

Azərbaycan və İordaniya münasibətlərin inkişafını müzakirə edib

Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Ayman as-Safadi ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub.


Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İordaniya ilə bu əlaqələrin inkişafını münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab etmək olar:


"Azərbaycan və İordaniya arasında münasibətlərin müsbət istiqamətdə inkişafı hər iki ölkə üçün müsbət nəticələr vəd edir. İqtisadiyyat, mülki aviasiya, təhsil və digər sahələrdə əməkdaşlığın davamı ölkələr arasında münasibətlərin inkişafını təmin edəcək. Hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və cinayətkarlıqla mübarizədə əməkdaşlıq imkanlarının hər iki tərəfin rəsmiləri vasitəsilə müzakirə edilməsi göstərir ki, bu yöndə də müvafiq addımların atılması zəruri hesab olunub. Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi fərqli sahələrdə yeni əlaqələrin də qurulmasına gətirib çıxaracaq. İordaniya ilə bu əlaqələrin inkişafını münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab etmək olar. Təbii ki, hər iki ölkə üçün faydalı olan sahələrin müəyyən edilməsi və o sahələrdə işlərin görülməsi bu cür danışıqların və münasibətlərin sayəsində mümkün olur. Odur ki, sahələrin müəyyən olunması və inkişaf mərhələsinə başlanğıc yaxın gələcəkdə öz töhfəsini verəcəkdir. Turizm yönündə də hər iki ölkə arasında əlaqələrin inkişafı fayda gətirən sahələrdəndir. Həmçinin ticarət, istehsalat və elm sahəsində də müxtəlif əlaqələr qurula bilər. Hər şeydən öncə siyasi, diplomatik münasibətlərin sağlam olması və ölkələrimizin təhlükəsizliyinin təmini yönündə lazımi əməkdaşlığın davamiyyətliliyinin vacib olmasıdır. Bu cür diplomatik əlaqələrin və faydalı görüşlərin yaxın gələcəkdə aktivləşməsi gözləniləndir".


Məhərrəmli Xədicə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər