00:00:00
Yazar
Admin User
27.01.2026 14:08 54 1 dəq oxuma
Siyasət

Azərbaycan və Türkiyə arasında yeni razılaşma...

Azərbaycan və Türkiyə arasında yeni razılaşma...

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.


"İnformator.az" xəbər verir ki, ADY-nin sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurtun imzaladıqları memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər