Azərbaycan yığmasının futbolçusu “Fənərbağça”ya keçib
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Peritan Bozdağ “Fənərbağça”ya keçib.
"İnformator.az" xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 26 yaşlı oyunçu “Fənər”lə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Türkiyə əsilli yarımmüdafiəçinin son klubu "Fatih Vatan" klubu olub.
