00:00:00
Yazar
Admin User
21.09.2025 16:38 123 1 dəq oxuma
Hadisə

Azərbaycana 19 sm qar yağıb

Azərbaycana 19 sm qar yağıb

Gün ərzində Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.


“İnformator.az” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatında deyilir.


Bildirilib ki, Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır. Axşam saatlarına doğru Ordubad rayonunun Parağaçay qəsəbəsi istiqamətindəki 3800-3900 metr yüksəklik ərazidə qarın hündürlüyü 19 santimetrə çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər