00:00:00
Yazar
Admin User
04.12.2023 05:43 749 1 dəq oxuma
Hadisə

Azərbaycanda 1 yaşlı uşaq qızılcadan öldü

Azərbaycanda 1 yaşlı uşaq qızılcadan öldü

TƏBİB Sabirabadda 1 yaşlı uşağın ölümünə münasibət bildirib.

 

Qurumdan İnformator.az-a verilən məlumata görə, 1 yaşlı uşaq ötən gün saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

 

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-i saat 00:15 radələrində vəfat edib.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər