00:00:00
Yazar
Admin User
03.12.2025 10:22 96 1 dəq oxuma
Hadisə

Azərbaycanda bir vəkilə xəbərdarlıq edilib

Azərbaycanda bir vəkilə xəbərdarlıq edilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

 

Bu barədə "İnformator.az"a Vəkillər Kollegiyasından məlumat verilib.

 

Bildirilib ki, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Sonra iclasın gündəliyinə uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər