Azərbaycanda itkin düşən 14 nəfər tapılıb
Azərbaycanda itkin düşən şəxslərin tapılması istiqamətində tədbilər davam edir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sentyabrın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
