00:00:00
Yazar
Admin User
02.03.2015 09:51 548 1 dəq oxuma
Hadisə

Azərbaycanda əsgər ölümü baş verib

Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır.
Azərbaycanda əsgər ölümü baş verib

Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən avqustun 28-i 1990-cı ildə anadan olmuş, əsgər Pərvanayev Vicay Gülmət oğlu vəfat edib. İlkin araşdırmaya əsasən əsgərin kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi məlum olub.

Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.

Pərvanayev Vicay Gülmət oğlu yanvarın 7-i 2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər