00:00:00
Yazar
Admin User
28.02.2024 07:33 522 1 dəq oxuma
İdman

Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairdə turnirdə çıxış edəcək

Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairdə turnirdə çıxış edəcək

Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairin paytaxtı Əlcəzairdə keçiriləcək dünya seriyalı “WTT Youth Contender” turnirində çıxış edəcək.

 

Seçmə komandanın məşqçisi Elnur Hidayətzadə gözləntilərini İnformator.az-la bölüşüb:

 

"İdmançılarımız 4 yarış qrupunda (13, 15, 17, 19 yaşlarda) oyunlarını nümayiş etdirəcəklər".

 

Müsahib bildirib ki, "biz 8 idmançı ilə yarışa qatılacayıq".

 

Baş məşqçi ümid edir ki, tennisçilər yaxşı oyun nümayiş etdirəcək və medallarla vətənə dönəcəklər.

 

Qeyd edək ki, fevralın 28-də start veriləcək yarışa martın 2-də yekun vurulacaq.

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər