00:00:00
Yazar
Admin User
03.11.2025 14:41 135 1 dəq oxuma
Hadisə

Azərbaycanlı fəallar təbrizli tələbəyə görə bəyanat imzalayıb

Azərbaycanlı fəallar təbrizli tələbəyə görə bəyanat imzalayıb

İranda 537 azərbaycanlı hüquq müdafiəçisi və milli-mədəni fəal edama məhkum edilən təbrizli tələbə Ehsan Fəridinin ölüm hökmünün ləğv olunası tələbi ilə bəyanat imzalayıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

 

Bəyanatı imzalayanlar İran hökumətini edam hökmlərindən narazıları susdurmaq üçün təziyq vasitəsi kimi istifadə etdiyini bildiriblər.

 

Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin 22 yaşlı tələbəsi Ehsan Fəridi mayın 19-da Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək şəhərin mərkəzi həbsxanasına köçürülüb.


O, "müharibə" və "İran Xalq Mücahidləri Təşkilatına üzv olmaq"da günahlandırılaraq edam cəzasına məhkum edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər