Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin "Atletika" üzrə məşqçi müəllimi, Vüqar Atayev vəfat edib.
“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
O, yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
