00:00:00
Yazar
Admin User
27.11.2025 11:13 104 1 dəq oxuma
Hadisə

Azərbaycanlılar tələb edib, RTV sədri dəyişdirilib

Azərbaycanlılar tələb edib, RTV sədri dəyişdirilib

Şərqi Azərbaycan əyalətinin Radio və Televizya Verilişləri Şirkətinin başçısı Əkbər Rzayi vəzifəsindən azad edilib.

 

"İnformator.az" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

 

Məlumata görə, Rzayinin yerinə Əyyub Nəsiri təyin olunub.

 

Qeyd edək ki, Əkbər Rzayinin işdən çıxarılması azərbaycanlıların ona qarşı kampaniya başlatmalarından iki həftə sonra baş verib.

 

Rzayi bir müddət əvvəl keçirilən iclasda Azərbaycan rəqsi və mədəniyyəti ilə bağlı xoşagəlməz ifadələr işlədib, bunun Azərbaycana aid olmadığını iddia edib.

 

Onun bu çıxışından sonra mədəni fəallar kampaniya başladıb və Əkbər Rzayinin tutduğu vəzifədən azad edilməsini tələb ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər