Azyaşlı binanın damında velosiped sürüb - RƏSMİ AÇIQLAMA
Bakıda azyaşlının həyatını təhlükəyə atdığı anlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə azyaşlının çoxmərtəbəli binanın damında velosiped sürdüyü əks olunub.
Kadrlar yaxınlıqdakı binalardan birindən lentə alınıb. Videoda uşağın damın kənarına yaxın hissələrdə hərəkət etməsi narahatlıq doğurub.
İddialara görə, azyaşlının damında velosiped sürdüyü bina Azərbaycan Texniki Universitetinin keçmiş yataqxanasıdır.
Mövzu ilə bağlı "İnformator.az"a özəl açıqlamasında Azərbaycan Texniki Universitetindən bildirilib ki, yayılan informasiya həqiqəti əks etdirmir, bina bizə aid deyil.