00:00:00
Yazar
Admin User
11.09.2025 06:54 117 1 dəq oxuma
Hadisə

Babək rayonunda qəza olub

Babək rayonunda qəza olub

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda qeydə alınıb.

 

Qəza zamanı "VAZ 2107" markalı avtomobillə "NAZ-Lifan" markalı avtomobil toqquşub. Hadisə zamanı 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıblar. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər