Bağlı qapı arxasında qalmış şəxs xilas edilib
Xaçmaz şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 23:08-də başa çatıb.
