00:00:00
Yazar
Admin User
02.06.2015 07:03 576 1 dəq oxuma
Sosial

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib

Bakı Beynəlxalq Avtovağzalı xaricdən gələn qonaqlar və bölgələrə səfər edəcək turistlərə xidmət göstərmək üçün tam hazırdır
Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib
Bakı Beynəlxalq Avtovağzalı xaricdən gələn qonaqlar və bölgələrə səfər edəcək turistlərə xidmət göstərmək üçün tam hazırdır. I Avropa Oyunlarına baxmağa gələn turistlərin bölgələrə getmə ehtimalını nəzərə alan Bakı Beynəlxalq Avtovağzalı işini möhkəm tutub. 11 nəfərdən ibarət komissiya yaradılıb. Onlar turistlərə və qonaqlara göstəriləcək keyfiyyətə, qiymət intizamına və bilet satışına tam nəzarət edəcək. Oyunlarla əlaqədar rayonlara hərəkət edən avtobusların bir hissəsi yenilənib. Bəzi avtobuslar wi-fi sistemi ilə təmin olunub. Avtobus sürücüləri Avropa Oyunlarının loqosu olan xüsusi formalarla təmin olunub. Avtovağzalda səsgücləndiricilər vasitəsiylə Azərbaycan, rus,ingilis dillərində məlumatlar veriləcək. Beynəlxalq avtovağzalın bütün əməliyyatları, eləcə də kassa-bilet sistemi komputerləşdirilib. Bilet satışları 10 gün əvvəlcədən həyata keçirilir. Avtovağzal ərazisi kamera vasitəsilə izlənilir.
 

 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər