00:00:00
Yazar
Admin User
21.10.2025 12:45 176 1 dəq oxuma
Hadisə

“Bakı Bus” avtobusu qəza edib

“Bakı Bus” avtobusu qəza edib

Bakıda “Bakı Bus”a məxsus sərnişin avtobusu qəza törədib.

 

"İnformator.az"xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

 

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “Bakı Bus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan, 99 JU 809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. MMC-dən saytımıza verilən məlumata görə, sürücünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib:

 

"Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb.

 

Bakı Bus MMC-nin bütün sürücüləri hər iş gününə başlamazdan əvvəl tibbi müayinədən keçirilir. Yoxlama zamanı onların qan təzyiqi, nəbzi, ümumi fiziki vəziyyəti, psixoemosional durumu və tibbi alkoqol testi yoxlanılır.Sözügedən sürücü də bu gün səhər növbəyə çıxmazdan əvvəl tibbi baxışdan keçib və səhhətində hər hansı problem aşkarlanmayıb".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər