00:00:00
Yazar
Admin User
19.01.2015 08:37 491 1 dəq oxuma
Hadisə

Bakı-Şamaxı yolunda qəza baş verib

Yol qəzası bir nəfərin həyatına son qoyub
Bakı-Şamaxı yolunda qəza baş verib

"MERCEDES" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən İnformator-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində qəza baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib. Əməliyyat saat 07:44-də başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər