00:00:00
Yazar
Aydan Əsgərxanlı
07.07.2026 21:05 29 1 dəq oxuma
Hadisə

Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb

Bakı-Sumqayıt şosesində avtomobildə yanğın baş verib, sıxlıq yaranıb

Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib. 
 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

 

Bildirilib ki, bu səbəbdən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.

#xəbər #bakı-sumqayıt #şosesində #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər