00:00:00
Yazar
Admin User
20.11.2023 16:30 726 1 dəq oxuma
Hadisə

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA

Sübh çağı baş verən ağır yol-nəqliyyat hadisəsində ata oğlu ilə birlikdə həyatını itirib.

 

İnformator.az xəbər verir ki, qəzada ölənlərin adları da məlumdur. 54 yaşlı Azad Bayramov və oğlu 33 yaşlı.

 

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyevin sözlərinə görə, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əmək etməməsi faciəyə səbəb olub.

 

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara çəkməlidir. Bu mümkün olmadıqda isə səkinin yanına yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməlidir. Qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı. Yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalıdır. Daha sonra isə texniki yardım istəməlidir”.

 

Təmir üçün dayanmış maşına çırpılan Honda-nın hadisə anında yüksək sürətlə ötmə əməliyyatı həyata keçirdiyi, bu zaman mercedesin yolun hərəkət hissəsində dayandığını görmədiyi güman edilir.

 

Hər halda detallar araşdırmadan sonra məlum olacaq.

 

Səbinə Qurban

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər