00:00:00
Yazar
Ayan Sadi
16.11.2026 22:26 43 1 dəq oxuma
Gündəm

Bakı-Tbilisi-Qars xətti ilə yükdaşımalar 55 faiz artıb

Bakı-Tbilisi-Qars xətti ilə yükdaşımalar 55 faiz artıb

Bu ilin iyunun 20-dən oktyabrın 31-dək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55% artıb.

 

 

Mövzu ilə bağlı nəqliyyat ekspert Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhlizə beynəlxalq marağın artması ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması da yükdaşımaların həcminin yüksəlməsinə şərait yaradıb:

 

 

“Təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında baş verən geosiyasi proseslər logistika marşrutlarının şaxələndirilməsini sürətləndirir. Bütün bunlar dəmir yolu xəttinə marağın artmasına səbəb olur”.

 

 

Eldəniz Cəfərovun sözlərinə görə, yükdaşımaların 55 faiz artması Azərbaycan üçün müsbət haldır. Bu, ölkənin tranzit ölkə kimi mövqeyini gücləndirir və beynəlxalq yükdaşıma zəncirində rolunu artırır. Eyni zamanda, logistika xidmətlərinə tələbat yaradır və əlavə iqtisadi imkanlar formalaşdırır:

 

 

“Bakı-Tbilisi-Qars xətti vasitəsilə Türkiyə və daha sonra Avropa bazarlarına çıxışın genişlənməsi də mühüm üstünlükdür. Düşünürəm ki, Azərbaycan təkcə tranzit ölkə kimi deyil, həm də regional logistika mərkəzi kimi mövqeyini getdikcə gücləndirəcək”. 

 

 

Aynur Əhmədli

#xəbər #faiz #yeni #artıb #xətti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər