00:00:00
Yazar
Admin User
26.01.2026 18:10 110 2 dəq oxuma
Siyasət

Bakı-Təl-Əviv xəttində əməkdaşlıq dərinləşir

Bakı-Təl-Əviv xəttində əməkdaşlıq dərinləşir

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Gideon Saar arasında geniştərkibli görüş keçirilib. Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər İsrail-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini nümayiş etdirir:

 

“İsrail Xarici İşlər Nazirliyinin Azərbaycana son səfəri göstərir ki, Azərbaycan-İsrail əməkdaşlığı artıq strateji və çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəlib. İsrail müxtəlif məsələlərdə Azərbaycanı daim dəstəkləyib. Azərbaycan da öz növbəsində Yaxın Şərqdə balanslı və praqmatik siyasət yürüdən nadir müsəlman ölkələrindən biridir. Bir çox sahələrdə Azərbaycan-İsrail əməkdaşlığı perspektivlidir. Buna ilk növbədə müdafiə texnologiyalarını qeyd etmək olar. Məlumdur ki, Azərbaycan İsraildən müasir silah sistemləri alıb və bu əməkdaşlıq davam edir. PUA-lar, kəşfiyyat vasitələri, hava hücumundan müdafiə sistemləri və digər hərbi texnologiyalar Azərbaycan Ordusunun güclənməsində mühüm rol oynayır. Ümumilikdə, təhlükəsizlik baxımından Azərbaycanın mövqeyinin möhkəmlənməsində İsrailin xüsusi rolu var. İsrail üçün isə Azərbaycan neft təchizatı baxımından strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə neftin bir hissəsi İsrailə çatdırılır. Qarşılıqlı ticarət dövriyyəsi isə daim artır”.

 

Siyasi şərhçinin sözlərinə görə, bu əməkdaşlıq bir sıra ölkələrin maraqlarına toxunduğu üçün onları qıcıqlandırır:

 

“Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesində İsrail şirkətləri də yaxından iştirak edirlər. Təbii ki, bu əməkdaşlıq Rusiyanı və İranı qıcıqlandırır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan-İsrail münasibətləri ardıcıl şəkildə inkişaf edir. Bununla yanaşı, Azərbaycan dəfələrlə İranı əmin edib ki, onun ərazisi heç vaxt İrana qarşı istifadə olunmayacaq. Azərbaycan heç bir halda başqa dövlətlərin onun daxili işlərinə qarışmasına, müstəqil xarici siyasətinə müdaxilə etməsinə imkan verməyəcək”.

 

Zəri Bayramlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər