Bakıda avtomobil yanıb
"Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və 1 ədəd təkəri yanıb.
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi və 1 ədəd təkəri yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
