00:00:00
Yazar
Admin User
18.11.2025 08:26 177 1 dəq oxuma
Hadisə

Bakıda evdən 70 min manat və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 70 min manat və qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nizami rayonunda evdən 70 min manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri ilə həmin evdən 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamaqda şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid saxlanılıb.

 

Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər