Bakıda gecə saatlarında avtoxuliqanlıq edən 4 sürücü saxlanılıb
Bakının Nəsimi rayonunda gecə saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb olunublar.
Bu barədə "İnformator.az" a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" adlanan ərazidə gecə saatlarında keçirilən tədbirlərlə avtoxuliqanlıq hərəkətlərinə yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən 4 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub. Paytaxt ərazisində sakinləri narahat edən bu cür halların qarşısının alınması məqsədilə polis əməkdaşları vasitəsilə tədbirlər davam etdirilir.
