00:00:00
Yazar
Admin User
16.03.2017 06:42 1521 1 dəq oxuma
Hadisə

Bakıda gənc yazar intihar edib

Bakıda intihar hadisəsi baş verib.
Bakıda gənc yazar intihar edib

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan İnformator.az-a verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İntihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər