Bakıda iki avtomobil toqquşub
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.
"Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq "Opel" markalı minik maşını ilə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
