Bakıda mənzil yanıb
7 otaqlı evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb.
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
