Bakıda mənzildə yanğın: 1 nəfər tüstüdən zəhərlənib
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Mənzil yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri söndürüb.
