00:00:00
Yazar
Admin User
13.09.2025 13:19 141 1 dəq oxuma
Hadisə

Bakıda məşhur restoranda kütləvi dava

Bakıda məşhur restoranda kütləvi dava

Bakı şəhərində yerləşən "Elux" restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıb.

 

"İnformator.az" "Qaynarinfo.az"a istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.

 

Aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.

 

Məhkəmənin qərarı ilə C.V. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbsedilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər