00:00:00
Yazar
Admin User
05.12.2025 16:03 98 1 dəq oxuma
Hadisə

Bakıda obyektdə partlayış olub

Bakıda obyektdə partlayış olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


"İnformator.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.


Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb. FHN əməkdaşları hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.

Faktla əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər