Bakıda otel yanıb
Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
