00:00:00
Yazar
Admin User
07.11.2025 17:32 132 1 dəq oxuma
Hadisə

Bakıda qadın gözəllik salonunda bıçaqlanıb

Bakıda qadın gözəllik salonunda bıçaqlanıb

Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.


“İnformator.az” “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.


Məlumata görə, 39 yaşlı S.Hasanov həmin salonda çalışan, tanışı - 30 yaşlı C.Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.


Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.


Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər