Bakıda ər avtobusda arvadını bıçaqlayıb
Bakı şəhər sakini Namiq Məmmədov qısqanclıq zəminində arvadı Fatmaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Yasamal rayonunun Moskva prospektində 135 saylı xətt avtobusunda sərnişin, Bakı şəhər sakini Namiq Məmmədov qısqanclıq zəminində arvadı Fatmaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnformator-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilmiş Fatma orada ölüb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
