00:00:00
Yazar
Admin User
03.12.2025 18:59 119 1 dəq oxuma
Hadisə

Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər