00:00:00
Yazar
Admin User
17.02.2016 12:07 863 1 dəq oxuma
Hadisə

Bakıda sürücü yol polisi maşınını əzik-əzik etdi

Sərxoş sürücü yol polisinin avtomobilini çəkiclə əzib, avtomobilə ciddi ziyan dəyib
Bakıda sürücü yol polisi maşınını əzik-əzik etdi

Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisəni törədən Ş. Bəylərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər