Bakıda uşaq bağçasında meyit tapılıb
Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.
"İnformator.az" "Oxu.az"a istinadla xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən uşaq bağçasında baş verib.
Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəhim Aşumovun meyiti obyektin həyətində aşkarlanıb.
İlkin ehtimala görə, mühafizəçi infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
