Bakıda vaqon tipli evdə meyit aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yasamal rayonunda 1 nəfərin vaqon tipli evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə “İnformator.az”a FHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
