00:00:00
Yazar
Admin User
21.04.2015 09:39 761 1 dəq oxuma
Hadisə

Bakıda yaşayış binasında yanğın baş verib

Yanğın hadisəsi binanın 14-cü mərtəbəsində qeydə alınıb.
Bakıda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında yanğın baş verib.

İnformator-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb.

Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər