Bakıda yaşayış binasında yanğın olub
Bakının Binəqədi rayonunda yanğın olub.
“İnformator.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədədpaltaryuyan maşın yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
