00:00:00
Yazar
Admin User
19.11.2025 08:33 114 1 dəq oxuma
Hadisə

Bakıda yataqxanada yanğın

Bakıda yataqxanada yanğın

Bakıda yataqxanada yanğın olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18kv.m olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə edilib.

 

Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər bina sakini təxliyə edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər