Bakının iki rayonunda yanğın olub
Bakı şəhəri, Nərimanov rayonu vətəndaşa oğluna məxsus tikinti materiallarının satışı mağazası yanıb.
İnformator xəbər verir ki, ümumi sahəsi 140 kv. m. olan mağazanın lambirdən ibarət tavanı 80 kv.m və dam örtüyü 16 kv. m. sahədə (ümumi 96 kv.m ) yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir yanğın hadisəsi Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus cücə sexində baş verib.
Həyətyanı sahədə ümumi sahəsi 130 kv.m olan cücə sexinin yanar konstruksiyaları 65 kv.m sahədə və içərisində olan sayı məlum olmayan toyuq tüstüdən bogularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
