00:00:00
Yazar
Admin User
21.11.2025 11:42 127 1 dəq oxuma
Hadisə

Bakıya gələn ermənilərin adları açıqlanıb

Bakıya gələn ermənilərin adları açıqlanıb

Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyan daxildir.

 

"İnformator.az" "Teleqraf"a istinadla xəbər verir ki, noyabrın 21-22-də Ermənistandan 5 ekspert dəyirmi masada iştirak etmək üçün Azərbaycanın paytaxtında olacaq.


Bu məqsədlə Ermənistan hökuməti İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram ayırıb. Müvafiq qərar dünən Ermənistan hökumətinin iclasında qəbul edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər