00:00:00
Yazar
Admin User
15.12.2023 07:54 1258 1 dəq oxuma
Hadisə

“BakuBus”ın kondisioneri PARTLAYIB?

“BakuBus”ın kondisioneri PARTLAYIB?

Bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 6 nömrəli avtobusda yanğın baş verib. Mövzu ilə əlaqədar İnformator.az-a  “BakuBus”un mətbuat katibi Əsmər Əliyeva açıqlama verib:

 

"Bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud olan avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan düşürülüb və avtobus qaraja yönləndirilib".

 

Əsmər xanım bildirir ki, qəzalı vəziyyətdə olan avtobus ehtiyat avtobusla əvəz edilib.

 

"Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilərək marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur".

 

Aydan İsayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər