Balakəndə kişi velosipeddən yıxılıb ölüb
Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb.
"İnformator.az" xəbər verir ki, hadisə noyabrın 9-u saat 12 radələrində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb. Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
