00:00:00
Yazar
Admin User
05.02.2015 07:13 584 1 dəq oxuma
Hadisə

Balakəndə məhkəmə prosesində qətl hadisəsi baş verib

Balakəndə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyevi hakimin gözü qarşısında bıçaqlayıblar.
Balakəndə məhkəmə prosesində qətl hadisəsi baş verib

Balakəndə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyevi hakimin gözü qarşısında bıçaqlayıblar. Dərhal hadisə yerinə təcilli tibbi yardım çağırılıb və yaralı xəstəxanaya çatdırılıb. Döş nahiyyəsindən iki bıçaq yarası alan Məhəmməd Xanpəriyevi xilas etmək mümkün olmayıb.

Mərhumun atası onlara məlum olmayan səbəbdən oğlunun məhkəmə prosesinin məhkəmə zalında deyil, hakimin otağında keçirildiyini bildirib. Hadisə də məhz hakim və əli bağlı olan oğlunun yanındakı polis nəfərinin gözü qarşısında baş verib. Məhkəmə prosesinin gedişatında hakim tərəflərə barışıq təklif edib. Elə bu an şikayətçinin yaxın qohumu qəfildən təqsirləndirilən şəxsin üstünə cumaraq ona bıçaq zərbələri endirib.

Mərhumun yaxınları qarşı tərəfin yaxınlarının üstlərinin yoxlamadan məhkəmə prosesinə buraxılmasından şikayətlənir. Məhəmməd Xanpəriyev Balakənin Qullar kəndində 18 yaşlı Elşən Xipiyev və onun əmisi 23 yaşlı İlham Xipiyevə bıçaqla xəsarət yetirdiyindən həbs olunubmuş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər